•   Ana Səhifə
  •   Xəbər göndər
  •   Reklam
  •   Əlaqə
  •   +99451 724 45 47
  • SON DƏQİQƏ

    Qənirə Paşayeva Dənizli vilayətindən gəlmiş nümayəndə heyəti ilə görüşüb

    Qənirə Paşayeva Dənizli vilayətindən gəlmiş nümayəndə heyəti ilə görüşüb

    Millət vəkili Q.Paşayeva Türkiyənin Dənizli vilayətindən gəlmiş nümayəndə heyəti ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb

    Azərbaycanda səfərdə olan Pamukkale Teknokent heyəti millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva ilə görüşüb və geniş fikir mübadiləsi aparılıb. Millət vəkili Q.Paşayeva Denizlidə bir neçə gün əvvəl Qarabağ parkı və Xocalı soyqırımı abidəsininin açılışında iştirak etdiyini deyib və bütün Dənizliyə bir daha təşəkkürümüzü bildiririk və inanırıq ki, bu gözəl bölgənizlə Azərbaycan bölgələri arasında qardaş bələdiyyələr layihəsinin də gerçəkləşəcəyini deyib.

    Millət vəkili Q.Paşayeva qonaqlara ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş məlumatlar verib, geniş müzakirələr olub. Azərbaycanı çox sevdiklərini və özlərini Vətəndəki kimi hiss etdiklərini deyən Pamukkale Teknokent heyəti üzvləri ilə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub. Azərbaycan torpaqlarının 20 faizi hələ də Ermənistanın işğalı altındadır və biz işğal altındakı o gözəl bölgələrimizə gedə bilmirik, qardaş Türkiyədə isə terrorla mübarizədə çoxlu sayda qardaş-bacılarımız həyatını itirib deyən millət vəkili Q.Paşayeva qardaş Türkiyədə terrorla mübarizədə həyatını itirmiş insanlara Allahdan rəhmət diləyirik və Azərbaycan və qardaş Türkiyənin hər zaman güclü olması ən böyük diləyimizdir deyib. O, biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq deyib.

    Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfəri, verdiyi məsajlara xüsusi toxunan millət vəkili Q.Paşayeva cənab Prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və bu səfər dosta da düşmənə də çox önəmli məsaj oldu deyib. Q.Paşayeva Azərbaycan və Türkiyə bir millət iki dövlətdir deyərək bu birliyin dosta da düşmana da bir məsaj olduğunu söyləyib. Görüşün sonunda millət vəkili Q.Paşayeva qonaqlara Azərbaycan mədəniyyəti, Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edib.

    ____________________

    YERLİXEBER.COM


    WhatsApp


    {r-rp} {r-rm}




    Şərhlər (Facebook)