•   Ana Səhifə
  •   Xəbər göndər
  •   Reklam
  •   Əlaqə
  •   +99451 724 45 47
  • SON DƏQİQƏ

    Gəncədə gənc oftalmoloqların konfransı

    Gəncədə gənc oftalmoloqların konfransı

    \Gəncədə “Müasir oftalmologiyanın son nailiyyətləri” mövzusunda gənc oftalmoloqların X konfransı keçirilib.

    Missiya.Az xəbər verir ki, Konfransda Gəncə şəhər İcra Hakimiyyəti Başçısı Elmar Vəliyev, Milli Məclisin deputatı Qənirə Paşayeva, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov və respublikanın müxtəlif bölgələrində olan oftalmoloqlar iştirak edib.

    Tədbir iştirakçıları konfransdan öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev konfrans iştirakçılarını salamlayaraq Gəncədə səhiyyə ocaqlarında baş verən inkişafdan danışıb. Konfransın Gəncədə keçirilməsinin əhəmiyyətini vurğulayan İcra başçısı respublikada həyata keçirilən bütün növ əməliyyatların akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında da həyata keçirildiyini qeyd edib. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkənin bütün xəstəxanalarında olduğu kimi Gəncənin də tibb ocaqlarının müasir avadanlıqlarla təchiz oluduğunu bildirən Elmar Vəliyev konfrans iştirakçılarına uğurlar arzu edib.

    Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov mərkəzin fəaliyyəti haqqında konfrans iştirakçılarına məlumat verib. Milli Oftalmologiya Mərkəzinin müasir avadanlıqlarla təchiz olunduğunu xüsusi vurğulayan direktor dünyada edilən bütün növ əməliyatların orada da həyata keçirildiyini məmlunluqla qeyd edib. Milli Məclisin deputatı Qənirə Paşayeva akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar xidmət göstərməsinin məmnuniyyətverici olduğunu bildirib. Bu cür aksiyaların kənd rayonları üçün böyük əhəmiyyəti barədə danışan millət vəkili Qənirə Paşayeva kəndləri gəzərkən göz əməliyyatına ehtiyacı olan və maddi imkanları zəif olan ailələrlə çox qarşılaşdığını deyərək bu cür aksiyaların 10-larla ailənin sevincinə səbəb olduğunu deyib. Səyyar xidmətlərin əsasən rayon və kəndlərdən təşkil edilməsinin vacibliyini qeyd edən millət vəkilli xəstəliklərlə vaxtında mübarizə məqsədilə həkimlərə müxtəlif təhsil ocaqlarında və ya təşkilatlarda maarifləndirici seminarların keçirilməsinin əhəmiyyətini vurğulayıb. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri Sona İbrahimova “Azərbaycan Respublikasının bir sıra regionlarında pasientlərin yaş və cins tərkibi nəzərə alınaraq qlaukomanın müxtəlif formalarının yayılması”, Mirana Mirişova “Yüksək dərəcəli miopiya və ambliopiyalı xəstələrdə Custom –Q (F –CAT) ablyasiya alqoritmi ilə Femto – LASİK korreksiyasının kliniko – funksional nəticələri”, Aysel Əkbərova “Vaxtından əvvəl doğulmuşların retinopatiyası və korluq”, Şəbnəm Mədətli “Vaxtından əvvəl doğulmuşların retinopatiyasının müalicəsi: ANTİ-VEGF terapiya? Yoxsa lazer koaqulyasiya?” Qulam Nağızadə “Büllurdaxili yad cisimlərin xaric edilməsinin cərrahi taktikasının xüsusiyyətləri”, Milli Oftalmologiya Mərkəzinin Gəncə filialının həkimi Elçin Əsgərov “Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında refraksiya patologiyası olan uşaqlarda apparat müalicəsinin müxtəlif üsullarının tətbiqi”, Milli Oftalmologiya Mərkəzinin Masallı filialının həkimləri Samir İbradov “Trabekuloektomiyada söküləbilən tikişlərin tətbiqi” Orxan Güllərov “Travmatik sublüksasiya olunmuş büllurun cərrahi taktikasında bizim təcrübəmiz”, Azərbaycan Tibb Universitetinin Oftalmologiya Kafedrasının asistetnti Tural Qəlbinur “Makula cərrahiyəsində “tərs çevrilmiş İLM fleb” texnikası”, Şirvan diaqnostik mərkəzinin həkimi Günel Sayilova “Azərbaycanda Şirvan zonasında yaşla bağlı kataraktanın bəzi xüsusiyyətləri”, Xızı rayon xəstəxanasının həkimi Könül Feyziyeva “Xızı rayonu üzrə hərbi xidmətə çağırılan gənclərin görmə orqanı xətəliklərinin rastgəlmə tezliyi”, Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun oftalmologiya kafedrasının işçisi Lamiyə Həsənzadə “Uşaqların refraksiya pozğunluqlarında “Plusoptix” cihazının erkən diaqnostikasının nəticələrinə dair” mövzularında çıxışlar konfrans iştirakçılarının marağına səbəb olub. Tədbirin ikinci hissəsində isə,müzakirəli cıxışlarla davam edib və cıxışcılara sonda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin adından sertifikatla təltif edilib.[/b]

    ____________________

    ZAMAN24.NET


    WhatsApp


    {r-rp} {r-rm}




    Şərhlər (Facebook)