•   Ana Səhifə
  •   Xəbər göndər
  •   Reklam
  •   Əlaqə
  •   +99451 724 45 47
  • SON DƏQİQƏ

    11-13 mayda İzmir-Çeşmədə ASKEFİN 11-ci toplantısı baş tutdu

    11-13 mayda İzmir-Çeşmədə ASKEFİN 11-ci toplantısı baş tutdu














    11-13 may Türkiyədə-İzmir Çeşmə Buluşmasında Azərbaycan nümayəndə heyyəti xüsusi olaraq fərqləndi. İlk öncə İzmir Çeşmə Pırıl otelinin konfrans zalında Azərbaycan nümayəndə heyyətimiz ASKEFin başqanı Savaş Ünalla ilk sırada yer almışdılar.İlk öncə çıxış alanlarda bizim nümayəndə heyyətimiz oldu,onların dilindən səslənən şeirlər sürəkli alqışlarla qarşılandı.ASKEF Azərbaycan təmsilçimiz Hacı Azadə-Taleh Abbasqızı ASKEFin təşəkkür bəlgəsini almaqla yanaşı,rəhbərlik etdiyi "Qafqaz-Media"İctimai Birliyinin "Best of the Best" diplomları ilə türk həmkarlarını təltif etdi və Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın,müşaviri Rauf Aslanovun və şöbə müdiri Arifə Əliyevanın təbriklərini tədbir iştirakçılarına çatdırdı və AYB-nın kitab hədiyyələrini Sona İsmayılova ilə birgə Savaş Ünala ,eyni zamanda Gonca Aydəmirə hədiyyə etdilər..Bir sözlə mətbuat katibimiz Sona İsmayılova,ASKEFİN üzvləri Aləmzər Əliyeva,Nailə Yusifqızı,Svetlana Rüstəmova,Bədirə Həsənqızı fərqli çıxışları,fərqli şeirləri,fərqli milli hədiyyələri ilə yaddaşlarda iz qoydular.Sonra Çeşmə Bələdiyyəsinin və ASKEFİN birgə tədbiri olaraq Türkiyə Cumhuriyyətinin qurucusu ATATÜRKÜN abidəsi önündə əklil qoyaraq tədbir düzənləndi ,mərasimdə Azərbaycan təmsilçimiz Hacı Azadə-Taleh Abbasqızı,mətbuat katibimiz Sona İsmayılova çıxış edərək Çeşmə Bələdiyyəsinin sədri Mühittin bəyə,ÇB-nin müavini Şakir Qaradədəyə və eyni zamanda ASKEFİN Başqanı Savaş bəyə təşəkkürlərini bildirdilər.ÇB-nin konfrans zalında düzənlənən tədbirdə Azərbaycan təmsilçimiz Hacı Azadə-Taleh Abbasqızı Çeşmə Bələdiyyə Başqanı Mühittin bəyi QMİB-nin təsis etdiyi Türkiyə-Azərbaycan arasında dostluq körpüləri yaratdıqlarına görə "Best of the Best" diplomu ilə,mətbuat katibimiz Sona İsmayılova isə ÇB-nin başqan yardımçısı Şakir Qaradədəni də eyni diplomla təltif etdilər.Növbəti gün ÇB-nin hədiyyələri "Pırıl "otelinin konfrans zalında iştirakçılara təqdim olundu.Böyük Konsert zalında düzənlənmiş növbəti rəsmi tədbirdə Azərbaycan təmsilçi miz Hacı Azadə-Taleh Abbasqızına və mətbuat katibimiz Sona İsmayılovaya çıxışlarından sonra Yetgi bəlgələri rəsmən olaraq təqdim olundu.Möttəşəm konsert proqramını da izlədik.Növbəti gün konfransımız bitdi və Azərbaycan təmsilçimiz Azadə xanımın xahişi ilə ASKEF başqanımız Savaş Ünal və ASKEF-in Azərbaycan sorumlusu Yəhya Azəroğlu Səlcuqda Məryəmananı ziyarət etdilər,səfər çərçivəsində Şirincəyədə gəzinti təşkil olundu.Təşəkkürlər.Geriyə döndükdə isə musiqi redaktoru Arzuxanımın drijorluğu ilə Çeşmə Bələdiyyəsinin açıq konsert salonunda əsil canlı türk sənətini izlədik.İlk səslənən şəhidlərin ruhuna 1 dəqiqəlik sükut və Türkiyənin himni səsləndi.Şəmistan Əlizamanlının ifasında ASKEFİN marşı səsləndi, nümayəndə heyyətimiz Yallı rəqsi ilə fərqləndilər.

    BAYAT İctimai Birliyi


    11-13 mayda İzmir-Çeşmədə ASKEFİN 11-ci toplantısı baş tutdu

    11-13 mayda İzmir-Çeşmədə ASKEFİN 11-ci toplantısı baş tutdu

    11-13 mayda İzmir-Çeşmədə ASKEFİN 11-ci toplantısı baş tutdu

    ____________________

    YERLİXEBER.COM


    WhatsApp


    {r-rp} {r-rm}




    Şərhlər (Facebook)