•   Ana Səhifə
  •   Xəbər göndər
  •   Reklam
  •   Əlaqə
  •   +99451 724 45 47
  • SON DƏQİQƏ

    Gəncədə 2 fevral "Gənclər günü"nə həsr olunmuş tədbir keçirilib

    Gəncədə 2 fevral "Gənclər günü"nə həsr olunmuş tədbir keçirilib








    Gəncədə 2 fevral “Gənclər Günü” münasibəti ilə tədbir keçirilib.Tədbirdə şəhər rəsmiləri, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində çalışan fəal gənclər və tələbələr iştirak ediblər. Tədbirdə digər iştirakçılar kimi, Gəncə AGP-2016 İB-nin könüllülər üzrə koordinatoru Mobil Qarayev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini və onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadığından söz açıb.
    Tədbirin sonunda Mobil Qarayevə və ictimai işlərdə xüsusi fəallıqları ilə seçilən gənclərə “Fəxri Fərman” və qiymətli hədiyyələr təqdim olunub.
    Gənclər dünü münasibətilə Mobil Qarayev Gənclər və İdman Nazirliyi tərəfindən Gəncə Avropa Gənclər Paytaxtı 2016 İB-nin könüllülərlə əlaqələndiricisi olaraq mükafatlandırılıb.
    Qeyd edim ki, 2 fevral “Gənclər Günü” 1997-ci ildə prezident Heydər Əliyevin Sərəncamı ilə təsdiq olunub. Bu günün təntənə ilə qeyd edilməsi Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının nümunəsidir.
    Mobil Qarayev- 2015-ci il mayın 7-də Ulu Öndərin anadan olmasinin 92- ci il dönümünə həsr olunmuş 10000 nəfərdən ibarət dahi liderin portretinin canli mozaikasınin, Baki Avropa Oyunlarina həsr olunmuş 6000 nəfərdən ibarət loqonun canli mozaikasinın və Gəncə Avropa Gənclər paytaxtinin acilış mərasiminə həsr olunmuş 10152 gəncdən ibarət loqonun canli mozaikasinin layihə rəhbəridir. Eləcə də Gəncə Avropa Gənclər payatxtinin könüllülərlə iş üzrə əlaqələndiricisi, Gəncə şəhər Yeni Azərbaycan Partiyasi Gənclər Birliyinin Layihələr Departamentinin rəhbəri, Gəncə Regional Debat Mərkəzinin proqram koordinatoru və Gəncə Dövlət Universitetinin Enactus komandasinin proqram meneceridir.
    Ulu Öndərin portretinin təsvir olunduğu Fləşmob Ginnesin "Rekordlar kitabı"na düşüb. Fləşmobun müəllifi Cəncə DövlətUniversitetinin 4-cü kurs tələbəsi Mobil Qarayevdir.

    Etibar Həsənzadə.


    Gəncədə 2 fevral "Gənclər günü"nə həsr olunmuş tədbir keçirilib

    Gəncədə 2 fevral "Gənclər günü"nə həsr olunmuş tədbir keçirilib

    ____________________

    ZAMAN24.NET


    WhatsApp


    {r-rp} {r-rm}




    Şərhlər (Facebook)