•   Ana Səhifə
  •   Xəbər göndər
  •   Reklam
  •   Əlaqə
  •   +99451 724 45 47
  • SON DƏQİQƏ

    Gənclər Gününə həsr edilən bayram tədbiri keçrilib

    Gənclər Gününə həsr edilən bayram tədbiri keçrilib

    Zaman24.Net xirdalan.info.az a “” istinadən xəbər verirki

    lk öncə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində ümummilli liderin büstü önünə gül qoyub,xatirəsini anıblar.Tədbiri giriş sözü ilə açan Abşeron Rayon İcra Hakimiyyəti başçısının I müavini İradə xanım Gülməmmədova gəncləri bu əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, bu gün ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biri gəncləri dəstəkləməkdir.Natiq bu əlamətdar günün mahiyyətindən və təsis olunması tarixindən danışaraq ümummilli lider Heydər Əliyev və hazırda Prezident İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğının əvəzsiz olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycan gəncliyinin qarşsında duran ən böyük vəzifə dövlətimizi qorumaq,Azərbaycanın gücünün,qüdrətinin artmasına öz töhfəsini vermək,milli ideyaların, mənəvi dəyərlərin daşıyıcısı olmaq,ölkəmizi layiqincə təmsil etməkdir. Məhz bunun sayəsində hazırda gənclər dövlət orqanlarında, parlamentdə, iri biznes, maliyyə qurumlarında, bələdiyyələrdə geniş təmsil olunur, ölkəmiz üçün taleyüklü məsələlərin həllində fəal iştirak edir, təhsil, mədəniyyət, idmanda böyük uğurları ilə Azərbaycana başucalığı gətirirlər. Tədbirdə çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev ötən il rayonda dövlət gənclər siyasətinin icrası istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən və qarşıda duran vəzifələrdən danışıb.
    Toplantıda gənclərlə işin dövlət siyasətinin mühüm qollarından birinə çevrildiyini, yeni nəslin təhsilinin, mənəvi-əxlaqi tərbiyəsinin diqqət mərkəzində saxlandığı da diqqətə çatdırılıb.
    Mərasimdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclərin bir qrupuna fəxri fərmanlar təqdim olunub.Bayram tədbirində biri birindən maraqlı musiqilər səslənib, rəqslər və fləşmob nümayiş olunub.Tədbirdə iştirak edən qonaqlar və gənclər tədbirdə xeyli əylənib, istirahət edib, gözəl musiqilər dinləyib, mütəlif oyunların iştirakçıları oldular.
    Bizdə öz növbəmizdə Xırdalan qəzeti və Hərbi Mütəxəssis Hazırlığı məktəbi olaraq "Gənclərə dəstək" olan Abşeron rayon İcra Hakimiyyəti aparatı, Mədəniyyət Turiszm Şöbəsi və İdman Gənclər idarəsinə fəxri diplomları təsis etdik. Gənclərə daima dəstək olduqları üçün gənclər adından öz minətdarlığımızı bildiririk.

    ____________________

    ZAMAN24.NET


    WhatsApp


    {r-rp} {r-rm}




    Şərhlər (Facebook)