•   Ana Səhifə
  •   Xəbər göndər
  •   Reklam
  •   Əlaqə
  •   +99451 724 45 47
  • SON DƏQİQƏ

    Hacı Azadə-Taleh Abbasqızı Bəy oğlu (mini-poema) El-obamın ağsaqqalı Camal Mustafayevə həsr etmişəm

    Hacı Azadə-Taleh Abbasqızı  Bəy oğlu (mini-poema)  El-obamın ağsaqqalı Camal Mustafayevə həsr etmişəm













    Bəy oğlu
    (mini-poema)

    El-obamın ağsaqqalı Camal Mustafayevə həsr etmişəm

    Dünyaya nur doğuldu,
    Tək gəldi, bir doğuldu,
    Ürfan, şeir doğuldu,
    Bəy oğlu Camal dədə.

    Ömrü halal yaşadı,
    Zirvələrlə qoşadı.
    Adını el yaşadır,
    Bəy oğlu Camal dədə.

    Sən müqəddəs ocaqdın,
    Yetimlərə qucaqdın.
    Tarixdə qalar adın,
    Bəy oğlu Camal dədə.

    Başdan-başa sehirsən,
    Nadir incisən, dürrsən.
    Fikir, düşüncə, sirrsən,
    Bəy oğlu Camal dədə.

    Nə var-dövlət istədin,
    Nə şan-şöhrət istədin.
    Haqq-ədalət istədin,
    Bəy oğlu Camal dədə.

    Neçə kəsə nur oldun,
    Yolunda uğur oldun.
    Necə xoşbəxt doğuldun,
    Bəy oğlu Camal dədə.
    Sokrat ustadın sənin,

    Hegel ürək həmdəmin.
    Zirvəsisən sən elmin,
    Bəy oğlu Camal dədə.
    Səməd Vurğun ilk dəfə

    Tutdu sənin əlindən.
    Ömür boyu, heç zaman
    Unutmadın bunu sən.
    Daim yaxşılıq etdin,

    Əməlindən qalmadın.
    Kasıba, dövlətliyə
    Ayrı-seçki salmadın.
    Hacı Zeynalabdinin

    Qızı Sara xanıma
    Gizlicə həyan oldun.
    Alqış yaraşır sana!
    Nanə Kamal qızıyla

    Halal ömür yaşadın.
    Üç gözəl qız böyütdün,
    Cənnətlik, gözün aydın.
    Odun, ocağın təmiz,

    Halal qucağın təmiz.
    Suyun, torpağın təmiz
    Yaşa, Camal Mustafa!
    Ömrün cənnət ətirli,

    Sözün qızıl sətirli.
    Ey aqillər aqili
    Yaşa, Camal Mustafa!
    Sənin təmiz adından

    İstifadə eylədi
    Neçə nadan, şarlatan.
    Daş atdılar, dəymədi,
    Şər qapını döymədi.
    Bilməm mələksən, nədi?

    Ey idrak çırağımız,
    Elmdə aqilimiz,
    Şərəfdə bayrağımız!
    Adınla fəxr eyləyir

    Borçalı torpağımız!
    O gün gəlmişdim sizə
    Oturmuşduq üz-üzə.
    Sən xeyir-dua verdin

    Müqəddəs elimizə.
    Dedin: "Azadə, qızım,
    Mənəvi övladımsan".
    Dedin: "Kişi hünərli,

    Cəsarətli qadınsan".
    Dedin: "Uğurlu yoldur
    Yolun, uğurlar olsun!
    Bükülməsin heç zaman

    Qolun, uğurlar olsun!"
    Öpdüm sənin əlindən
    Mənəvi atam kimi.
    Sığal çəkdin başıma

    Titrədi könül simi.
    Ürəyim sözlə doldu,
    Gözlərim göz yaşıyla.
    Allahım, ucalt məni

    Ağsaqqal alqışıyla.
    Ölümünü gözləyən
    Xəbis gözlər gülməsin.
    Lənətini qazanan

    Dinclik nədir bilməsin!
    Sən hələ ölməyibsən,
    Hələ dirisən, sağsan.
    Nə qədər bu dünya var
    Sən də yaşayacaqsan!

    Hacı Azadə-Taleh Abbasqızı

    ____________________

    YERLİXEBER.COM


    WhatsApp


    {r-rp} {r-rm}




    Şərhlər (Facebook)