•   Ana Səhifə
  •   Xəbər göndər
  •   Reklam
  •   Əlaqə
  •   +99451 724 45 47
  • SON DƏQİQƏ

    Borçalı” İctimai Birliyinin növbəti Ümumi yığıncağı keçirilib Şərif Kərimli Birliyə sədr seçildi

    Borçalı” İctimai Birliyinin növbəti Ümumi yığıncağı keçirilib Şərif Kərimli Birliyə sədr seçildi








    “Borçalı” İctimai Birliyinin növbəti Ümumi yığıncağı keçirilib

    Şərif Kərimli Birliyə sədr seçildi

    Dekabrın 2-də Beynəlxalq Mətbuat Mərkəzində “Borçalı” İctimai Birliyinin növbəti Ümumi yığıncağı keçirilib. Toplantıya tanınmış publisist-şair Dəyanət Osmanlı sədrlik edib.
    127 nəfərin iştirakıyla baş tutan Ümumi yığncaqda Birliyin ötən dövr fəaliyyəti müzakirə olunub və qeyri-qənaətbəxş hesab edilib. Sədr Kərəm Məmmədovun istefası nəzərə alınaraq gündəliyə Birliyə yeni sədrin seçilməsi məsələsinin salınması yekdilliklə qəbul edilib.
    Keçmiş sədr istefasından sonra İH-nin 18 nəfər üzvünün seçdiyi Ümumi yığıncağa hazırlıqla əlaqədar İşçi qrupunun hesabatı dinlənilib.
    Cari məsələlərlə əlaqədar professorlar Teymur İlyasov, Asif Hacıyev, tanınmış ziyalılardan Həmzəli İlyas, Adil Cəmil, Hacı Teymur və başqaları fikir və təkliflərini bildiriblər.
    İşçi qrupunun məlumatında Azadə-Taleh Abbas qızı və Şərif Kərimlinin sədrliyə namizədliyinin qeydə alındığı bildirilib. Sonra sədrliyə namizədlərə öz platformalarını söyləmək üçün söz verilib. Azadə-Taleh Abbas qızı namizədliyini geri götürdüyünü bildirib. Növbəti namizəd Şərif Kərimli sədr seçiləcəyi təqdirdə görəcəyi işlərdən, danışıb.
    Səsvermə nəticəsində, 1 nəfər bitərəf olmaqla, Şərif Kərimli 2 illik dönəmə “Borcalı” İctimai Birliyinin sədri seçilib.
    Yığıncaqda digər təşkilati işlərə də baxılıb. Asif Hacıyev, Cümşüd İbrahimli, Dəyanət Osmanlı, Azadə-Taleh Abbaszadə, Razim Məmmədli, Vahid Ömərli, Rəşid Faxralı, Pünhan Əfəndiyev, Ziyadxan Budaqov, Hacı Teymurdan ibarət İdarə Heyətinin üzvləri müəyyənləşib.
    Tədbir iştirakçıları Dəyanət Osmanlını Birliyin sədr müavini seçiblər.
    Teymur İlyasov Ağsaqqallar Şurasının, Azadə-Taleh Abbas qızı Qadınlar Şurasının, Dilsuz Musayev Nəzarət-Təftiş Komissiyasının, Roman Darvazlı isə Gənclər Şurasının sədri seçiliblər.
    Bununla da Ümumi yığıncaq öz üşini uğurla başa çatdırıb.

    Xəbəri dərc etdi: Taleh Hüseynov

    ____________________

    YERLİXEBER.COM


    WhatsApp


    {r-rp} {r-rm}




    Şərhlər (Facebook)