•   Ana Səhifə
  •   Xəbər göndər
  •   Reklam
  •   Əlaqə
  •   +99451 724 45 47
  • SON DƏQİQƏ

    Elazığda Qarabağ parkı açılacaq.

     Elazığda Qarabağ parkı açılacaq.








    Elazığda Qarabağ parkı açılacaq.

    Zsman24.Net xəbər verir ki Qarabağ və Türk dünyası ilə bağlı konfranslar vermək və 24-cü Beynəlxalq Şeir Axşamlarında iştirak etmək üçün Türkiyədə səfərdə olan millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva bu ölkənin ən qədim vilayətlərindən biri olan Elazığda bölgə valisi Çetin Oktay Kaldırım, bələdiyyə başqanı Mücahit Yanılmaz və millət vəkilləri ilə görüşüb. Görüşlər zamanı və Vətən mövzulu konfransın açılışı zamanı çıxışında millət vəkili Q.Paşayeva bildirib ki, bir neçə il öncə Elazığ haqqında yazdığı böyük yazıda bu bölgəni “Türkiyədəki Azərbaycan” adlandırıb: "Çünki buranın ən böyük kəndlərindən biri bu gün işğalçı Ermənistanın işğalı altında olan Dağlıq Qarabağımızın paytaxtı Xankəndinin adını daşıyır. Bu adamlar on illər öncə zülmdən qaçaraq gəlib bura sığınanlardır. Bundan başqa Azərbaycanın böyük şairi və böyük faciələr yaşamış Almas Yıldırımın gəlib qoynuna sığındığı yerdir Elazığ və məhz onun xahişini nəzərə alaraq böyük Mustafa Kamal Atatürk buradakı gölə Xəzər gölü adını verib. Burada Almas Yıldırımın, Bəxtiyar Bahabzadənin adını daşıyan küçələr var. Azərbaycanın adı burada əbədiləşdirilib, Sara Xatun məscidi var. Bir sözlə Azərbaycana çox yaxındır Elazığ. 1918-ci ildə Azərbaycanın müxtəlif bölgələrində erməni daşnakları xarici güclərin dəstəyi ilə xalqımıza qarşı soyqırımlar törədəndə Elazığdan da insanlarımız Nuri Paşanın başqanlığında Azərbaycana yardıma gəlib və bu gün Türk şəhidliyimizdə 3 Elazığlı şəhidimiz yatır. Burada Çanaqqlada da yüzlərlə Azərbaycanlı şəhidimiz var. Ona görə mən bələdiyyə başqanından burada bütün xalqın qarşısında müraciət edərək bir xahiş etmək istəyirəm. Elazığın ən böyük parklarından birinə Qarabağ adı verilsin, orada şəhidlərimizin üçün qoyulan abidədə Azərbaycanda şəhid olmuş elazığlı şəhidlərimiz, Çanaqqalada şəhid olmuş azərbaycanlılar və Qarabağ şəhidlərimiz haqqında məlumatlar da əks olunsun. Eyni zamanda parkda quraşdırılacaq lövhələrdə Azərbaycan, Qarabağımızla bağlı, Xocalı soyqırımı ilə bağlı məlumatlar yerləşdirilsin ki, bütün Elazığ insanı daha da çox bilgili olsun bu məsələlərdən. Eyni zamanda burada yeni möhtəşəm Kültür Parkı açılıb. Təklif edirəm ki, onun adı Türk Dünaysı Kültür parkı olsun. Orada modern çadırlar qurulub bir-birinin yanında və onların hər birinə bir Türk dövlət və toplumunun adı verilsin, orada hər bir Türk dövlətinə aid məlumatlar, fotolar, mədəniyyətimizə aid əşyalar nümayiş olunsun. Yanındakı camiyə isə Hoca Əhməd Yəsəvi camisi adı verilsin. Qoy bütün Türk dünyası Elazığda beləcə birləşsin." Millət vəkili Q.Paşayevanın təklifləri hər kəs tərəfindən alqışla qarşılanıb və bələdiyyə başqanı Mücahit Yanılmaz qısa zamada həmin təkliflərin reallaşacağını bildirib. Q.Paşayeva çıxış və görüşlər zamanı bildirib ki, son günlər qardaş Türkiyədə terror aktları zamanı və ya terrorla mübarizədə həyatını itirən qardaş-bacılarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik və hər zaman terrorla mübarizədə qardaş Azərbaycan yanınızdadır. Görüşlər zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Elazığın da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini bildirən Qənirə Paşayevanın bu təklifi də müsbət qəbul edilib. Millət vəkili Elazığ valisi Çetin Oktay Kaldırım, bələdiyyə başqanı Mücahit Yanılmaz və millət vəkillərini Azərbaycanda görməkdən məmnun olacaqlarını bildirərək onları ölkəmizə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul edən Elazığ valisi, bələdiyyə başqanı və millət vəkilləri Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək istədiklərini deyib. Görüşlər zamanı son günlər bölgədə daha da gərginləşən vəziyyət, Türk dünyasının müxtəlif bölgələrində yaşayan soydaşlarımızın acı və üzüntüləri ətrafında da müzakirələr aparılıb. Millət vəkili Qpaşayeva görüşlərin sonunda onlara Azərbaycan həqiqətlərinə aid və müəllifi olduğu kitabları hədiyyə edib.

    Çıxışın videosunu bu linkdən izləyə bilərsiniz
    https://www.youtube.com/watch?v=nSqFC-e5JJo

    Etibar Həsənzadə

    ____________________

    YERLİXEBER.COM


    WhatsApp


    {r-rp} {r-rm}




    Şərhlər (Facebook)