•   Ana Səhifə
  •   Xəbər göndər
  •   Reklam
  •   Əlaqə
  •   +99451 724 45 47
  • SON DƏQİQƏ

    Millət vəkili Q.Paşayeva Benin,Burkina Faso və Kamerunun tanıınmış təşkilat rəhbərləri ilə Qarabağdan danışıb.

    Zaman24.Net xəbər verir ki Milli Məclisin deputatı Q. Paşayeva Benin, Burkina Faso və Kamerun ictimai xadim qadınları, tanınmış təşkilat və QHT rəhbərləri ilə görüşdə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib. Q.Paşayeva Benin, Burkina Faso və Kamerun heyətinə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. Deputat onlara 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır. Benin, Burkina Faso və Kamerun heyət üzvləri də Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına önəm verdiyini deyərək ölkələrimiz arasında münasibətlərin getdikcə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar. Ölkələrimizin qadın siyasətçləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşlərdə ölkələrimiz arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb. Millət vəkili Q.Paşayeva görüşlərin sonunda onlara Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib.

    Etibar Həsənzadə

    Millət vəkili Q.Paşayeva Benin,Burkina Faso və Kamerunun tanıınmış təşkilat rəhbərləri ilə Qarabağdan danışıb.

    Millət vəkili Q.Paşayeva Benin,Burkina Faso və Kamerunun tanıınmış təşkilat rəhbərləri ilə Qarabağdan danışıb.

    Millət vəkili Q.Paşayeva Benin,Burkina Faso və Kamerunun tanıınmış təşkilat rəhbərləri ilə Qarabağdan danışıb.

    ____________________

    YERLİXEBER.COM

    WhatsApp

    {r-rp} {r-rm}

    Şərhlər (Facebook)