•   Ana Səhifə
  •   Xəbər göndər
  •   Reklam
  •   Əlaqə
  •   +99451 724 45 47
  • SON DƏQİQƏ

    Millət vəkili Qənirə Paşayeva “Gənclərin dostu” Milli Mükafatına layiq görülüb

    Millət vəkili Qənirə Paşayeva “Gənclərin dostu” Milli Mükafatına layiq görülüb








    Millət vəkili Qənirə Paşayeva “Gənclərin dostu” Milli Mükafatına layiq görülüb. Millət vəkili Qənirə Paşayevaya bu mükafatı təqdim edən Gənclər Mərkəzi İctimai Birliyinin təşkilat komitəsinin koordinatoru Anar Sarıyev Qənirə Paşayevanın “Qanunvericilik işində fəallığına və gənclərə göstərdiyi diqqətə görə” görə təşkilat tərəfindən bu mükafata layiq görüldüyünü bildirib. Mükafata görə təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva Azərbaycanda gənclər siyasəti ilə bağlı görülən işlərdən danışıb və bildirib ki, vaxtilə ümummilli lider Heydər Əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğı, Azərbaycan dövləti üçün qoyub getdiyi irs bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısı hər zaman gəncləri maraqlandıran, onları narahat edən problemlərlə maraqlanır, görüşlər keçirir və bu istiqamətdə öz tövsiyə və tapşırıqlarını verir. Bu istiqamətdə bundan sonra da fəaliyyətini davam etdirəcəyini deyən millət vəkili Qənirə Paşayeva Gənclər Mərkəzi İctimai Birliyinə daha böyük uğurlar diləyib. Millət vəkili Qənirə Paşayeva gəncləri Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb, Vətənimizə sahib çıxmağı, dilimizi qorumağı, sosial şəbəkələrdə Azərbaycanın gerçəklərini, tarixini, mədəniyyətini dünyaya tanıtmağı tövsiyyə edib və “Gənclərin Dostu” 11-ci Milli Mükafatın təqdimetmə mərasimini gələn il Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad ediləcək Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək” deyib.

    Millət vəkili Qənirə Paşayeva “Gənclərin dostu” Milli Mükafatına layiq görülüb

    ____________________

    YERLİXEBER.COM


    WhatsApp


    {r-rp} {r-rm}




    Şərhlər (Facebook)