•   Ana Səhifə
  •   Xəbər göndər
  •   Reklam
  •   Əlaqə
  •   +99451 724 45 47
  • SON DƏQİQƏ

    Gələn il pensiya və maaşlar artacaq

    Gələn il pensiya və maaşlar artacaq

    Zaman24.Net Ədalət az a istinadən xəbər verir ki

    "2017-ci il dövlət büdcə layihəsi hazırlanarkən dünya iqtisadiyyatında baş verənlər nəzərə alınıb”.

    Bunu maliyyə naziri Samir Şərifov deyib. Onun sözlərinə görə, Azərbaycan qlobal iqtisadiyyatın tərkib hissəsidir və baş verənlər ölkəyə təsirsiz ötüşmür:

    "Qlobal iqtisadiyyatda qeyri-müəyyənliklər davam edir. Bunu nəzərə alaraq biz xarici şokların ölkə iqtisadiyyatına təsirini azaltmalıyıq və bu istiqamətdə bir sıra addımlar atılıb. Bilirsiniz ki, cari ildə dövlət sektorunda çalışanların əmək haqları artırılıb. Gələn ildə də bu addımların davamlı olması üçün biz büdcədə maliyyə təminatı yaratmalıyıq”.

    Nazir əlavə edib ki, cari ildə sosial müavinətlərin, pensiyaların, təqaüdlərin və digər sosial ödənişlərin artımı baş verib: "Bu cür artımların gələn ildə də baş verməsi üçün maliyyə təminatı nəzərdə tutulub”.

    ____________________

    YERLİXEBER.COM


    WhatsApp


    {r-rp} {r-rm}




    Şərhlər (Facebook)