•   Ana Səhifə
  •   Xəbər göndər
  •   Reklam
  •   Əlaqə
  •   +99451 724 45 47
  • SON DƏQİQƏ

    Daşkəsən rayonunda təbii fəlakət

    Daşkəsən rayonunda təbii fəlakət









    Daşkəsən rayonu ərazisində 19 may 2017-ci il tarixdə saat 13-30 radələrində baş vermiş təbii fəlakət, güclü külək əsməsi - qasırğa nəticəsində bina və evlərə, o cümlədən, Daşkəsən şəhərinin yaşayış və inzibati binalarının dam örtüklərinə və rayonun elektrik, rabitə təsərrüfatlarına, şəxsi minik avtomobillərinə ziyan dəymişdir.
    Daşkəsən şəhər İ.Qayıbov küçəsi 30 və 30a, 5 mərtəbəli, S.Vurğun küçəsi 24a, 2 mərtəbəli yaşayış binalarının dam örtüyünə ziyan dəymişdir. İ.Qayıbov küçəsi 30a, 5 mərtəbəli yaşayış binasının dam örtüyünə olduqca ciddi ziyan dəymiş, güclü külək həmin binanın dam örtüyünü tamamilə sıradan çıxarmış, taxta konstruksiyalarla birlikdə binanın üstündən atmışdır.
    10-dan artıq elektrik dayağı, 300 paqon metrdən artıq elektrik kabeli, 3 rabitə dayağı, 100 paqon metrdən artıq rabitə kabeli sıradan çıxmışdır.
    Hadisə ilə əlaqədar həmin binaların sakinləri tərəfindən ambulator müayinə üçün Rayon Mərkəzi Xəstəxanasının təcili yardım xidmətinə müraciətlər daxil olmuşdur.
    Baş vermiş hadisə ilə əlaqədar aidiyyəti qurumlara müvafiq məlumat verilmişdir.
    Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər aparılır. Daxili imkanlar hesabına dəymiş ziyanın aradan qaldırılması üzrə müvafiq tədbirlər görülür.

    Daşkəsən rayon icra Hakimiyyəti


    Daşkəsən rayonunda təbii fəlakət

    Daşkəsən rayonunda təbii fəlakət

    Daşkəsən rayonunda təbii fəlakət

    Daşkəsən rayonunda təbii fəlakət

    Daşkəsən rayonunda təbii fəlakət

    ____________________

    YERLİXEBER.COM


    WhatsApp


    {r-rp} {r-rm}




    Şərhlər (Facebook)