•   Ana Səhifə
  •   Xəbər göndər
  •   Reklam
  •   Əlaqə
  •   +99451 724 45 47
  • SON DƏQİQƏ

    Daşkəsən rayon Heydər Əliyev Mərkəzində növbəti nikah mərasimi keçirilmişdir

    Daşkəsən rayon Heydər Əliyev Mərkəzində  növbəti nikah mərasimi keçirilmişdir

    Daşkəsən rayon Heydər Əliyev Mərkəzində
    növbəti nikah mərasimi keçirilmişdir

    Bu gün ölkəmizdə yeni ailə həyatı quran gənclərin nikah mərasimlərinin Heydər Əliyev Mərkəzlərində keçirilməsi ənənəyə çevrilmişdir. Daşkəsən rayonunda da bu ənənə uğurla davam etdirilir.
    29 noyabr 2017-ci il tarixdə Daşkəsən şəhərində yeni evlənən gənclərin – Kərimov Məhəmməd Şahin oğlu ilə Cəlilova İlahə Vaqif qızının nikahları rayon Heydər Əliyev Mərkəzində qeydiyyata alınıb.
    Əvvəlcə Daşkəsən şəhərinin mərkəzində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyan gənclər sonra rayon Heydər Əliyev Mərkəzində ümummilli liderimizin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış olublar.
    Daha sonra rayon İcra Hakimiyyətinin məsul işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə nikah aktının imzalanması mərasimi keçirilib. Rayon Qeydiyyat şöbəsinin əməkdaşı iki gəncin nikahını rəsmiləşdirərək şəhadətnaməni onlara təqdim edib.
    Mərasim iştirakçıları ailə qurmaları münasibəti ilə hər iki gənci təbrik etmiş, onlara ailə xoşbəxtliyi və cansağlığı arzulamışlar. Qeyd edilmişdir ki, bu gün ölkəmizdə gənc ailələrə, onların sosial qayğılarının həllinə xüsusi diqqət göstərilir. Gənc ailələrin möhkəm təməl üzərində qurulması üçün ölkəmizdə kifayət qədər qanunlar, normativ aktlar və hüquqi baza mövcuddur. Həmçinin bildirilmişdir ki, bu gün ailə quran gənclərin həyatında ən yadda qalan xoş hadisələrindən biri baş verir. Ona görə ki, onlar müstəqil ailə həyatına ilk qədəmlərini ümummilli liderimizin mərkəzindən atırlar.
    Gənclər də çıxış edərək nikah mərasimlərinin rayon Heydər Əliyev Mərkəzində qeyd olunmasının onların ən böyük arzuları olduğunu söyləyərək gənc nəslin hərtərəfli inkişafına göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
    Yeni evlənən gənclər vağzalı musiqisinin sədaları altında alqışlarla Heydər Əliyev Mərkəzindən toy məclisinə yola salınıblar.

    Elmar Vüqarlı
    Azərbaycan Yazıçılar Birliyinin üzvü

    ____________________

    YERLİXEBER.COM

    WhatsApp

    {r-rp} {r-rm}

    Şərhlər (Facebook)