•   Ana Səhifə
  •   Xəbər göndər
  •   Reklam
  •   Əlaqə
  •   +99451 724 45 47
  • SON DƏQİQƏ

    DAŞKƏSƏNDƏ YENİ AZƏRBAYCAN PARTİYASININ (YAP) YARADILMASININ 25 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ "HƏRƏYƏ BİR AĞAC ƏKƏK" AĞACƏKMƏ KAMPANİYASINA 23 NOYABRDA BAŞLANILDI

    DAŞKƏSƏNDƏ YENİ AZƏRBAYCAN PARTİYASININ (YAP) YARADILMASININ  25 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ "HƏRƏYƏ BİR AĞAC ƏKƏK"  AĞACƏKMƏ KAMPANİYASINA 23 NOYABRDA BAŞLANILDI










    Daşkəsəndə 23 noyabr 2017-ci il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibətilə "Hərəyə bir ağac əkək" devizi altında ağacəkmə kampaniyasına başlanılıb.
    Əvvəlcədən tərtib olunmuş qrafikə uyğun olaraq ağacəkmə kampaniyasının başlanması 23 noyabr tarixdə nəzərdə tutulub.
    Bu gün havanın soyuq, qarlı olmasına və güclü qar yağmasına baxmayaraq, rayon əhalisi könüllü olaraq idarə, müəssisə və təşkilatlarının kollektivləri ilə birgə rayonun müxtəlif ərazilərində ümumilikdə 320 ədəd müxtəlif növ ağac əkiblər.
    Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, ağacəkmə kampaniyasında iştirak edən rayon prokuroru Elman Süleymanov, Daşkəsən Rayon Məhkəməsinin sədri Azad Əliyev, YAP rayon təşkilatının sədri Meydanəli Yolçuyev və rayonun digər məsul vəzifəli şəxsləri ilə birgə ayrı-ayrı ərazilərdə ağaclar əkiblər.
    Ağacəkmə kampaniyasında iştirak edən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev müsahibə verərək xüsusi olaraq qeyd etmişdir ki, Azərbaycanın tarixində və ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan YAP-ın 25 illik yubileyi müxtəlif tədbirlərlə rayonumuzda qeyd olunur. Yubiley tədbirləri çərçivəsində bu gün isə rayon ərazisində yaşıllaşdırma kampaniyasına başlamışıq. Yaşıllaşdırmanın, ağacəkmənin ekoloji tarazlığın pozulduğu müasir dünyamızda həyat üçün aktuallığını və böyük əhəmiyyətini nəzərə alaraq 1200 ağac tinginin əkilməsi planlaşdırılan bu ağacəkmə kampaniyası rayonun lazımi ərazilərində həyata keçiriləcəkdir.
    Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev onu da bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müəllifi olduğu regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının rayonumuzda uğurla icrası olunması sayəsində Daşkəsənin siması son illərdə çox ciddi şəkildə dəyişib, müasirləşib. Rayonumuzda ekologiyanın yaxşılaşdırılması istiqamətində də böyük işlər görülür.
    “Bildiyiniz kimi YAP həmişə yaradıb, qurub, yaşadan partiya olub, gələcəkdə də xalqına xidmət göstərən partiya olacaqdır. Ümummilli liderimiz Heydər Əliyev həmişə quruculuq, abadlıq işlərinə və ekologiyanın qorunmasına, ağacların əkilməsinə xüsusi diqqət yetirib. Biz daşkəsənlilər də Ulu Öndər Heydər Əliyevin ideyalarına sədaqətlə xidmət göstərərək həyata keçiririk. Hesab edirəm ki, "Hərəyə bir ağac əkək" kampaniyası çərçivəsində ağac əkməklə biz rayonumuzun ekologiyasının yaxşılaşmasına öz töhvəmizi vermiş olacağıq. Əkilən ağaclar böyüyəcək və gözəl yaşıllıq zolağına çevriləcəkdir. Bu ağaclardan insanlar bəhrələnəcəklər.
    Bu gün Daşkəsən rayonuna ilk qar yağıb. Rayonun idarə, müəssisə və təşkilatlarında payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon üzrə 76 bənddən ibarət tədbirlər planı işlənib hazırlanmışdır. Həmin layihədəki tədbirlərin yerinə yetirilməsi Rayon İcra Hakimiyyəti tərəfindən daim nəzarətdə saxlanılır” – deyərək Əhəd Abıyev vurğulayıb.
    YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev də keçirilən ağacəkmə kampaniyasına, rayon ərazisində payız-qış mövsümünə hazırlıq işlərinin yüksək səviyyədə görülməsinə, xüsusilə də Daşkəsən şəhərinin bütün küçələrinə asfalt örtüyünün salınmasına və şəhərinin su təchizatının yenidənqurulmasına görə əhalinin yüksək səviyyədə olan razılığını Rayon İcra Hakimiyyətinin Başçısına bildirərək göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlığını çatdırdı.
    Ağacəkmə iməciliyinin sonunda Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev əkilən ağaclara daim qulluq edilməsi, müntəzəm suvarılması və onların qorunmasına nəzarət edilməsi üçün aidiyyəti qurumlara da xüsusi tapşırıqlarını vermişdir.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihələndirilən “Hərəyə bir ağac əkək” kampaniyası gələn ilin aprel ayına qədər davam edəcək. Ağac və bəzək bitkilərinin əkilməsini nəzərdə tutan bu möhtəşəm kampaniyanın əsas vəzifəsi rayonumuzda meşə zolağının və yaşıllığın genişləndirilməsi, ekoloji durumun daha da yaxşılaşdırılmasıdır.

    ***
    Ağacəkmə kampaniyası başa çatdıqdan sonra Rayon İcra Hakimiyyətinin Baçısı Əhəd Abıyev iqlim şəraitinin kəskin surətdə dəyişməsi, soyuq, qarlı havanın olması ilə bağlı Daşkəsən şəhər İ.Nəsimi adına 1 saylı tam orta məktəbdə və 2 saylı körpələr evi-uşaq bağçasında olmuş, məktəb və bağçalardakı istilik təchizatının vəziyyəti ilə bağlı rayon üzrə verilmiş tapşırıqların icrası ilə maraqlanaq zəruri işlərin tam görülməsinin şahidi olmuşdur.
    Rayonun məktəblərində və uşaq bağçalarında istilik, qaz, elektrik, su məsələlərinin yüksək səviyyədə həlli ilə bağlı göstərilən diqqət və qayğıya görə kollektivlər ölkə rəhbəri Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

    Elmar VÜQARLI

    Azərbaycan Yazıçılar Birliyinin üzvü


    DAŞKƏSƏNDƏ YENİ AZƏRBAYCAN PARTİYASININ (YAP) YARADILMASININ  25 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ "HƏRƏYƏ BİR AĞAC ƏKƏK"  AĞACƏKMƏ KAMPANİYASINA 23 NOYABRDA BAŞLANILDI

    DAŞKƏSƏNDƏ YENİ AZƏRBAYCAN PARTİYASININ (YAP) YARADILMASININ  25 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ "HƏRƏYƏ BİR AĞAC ƏKƏK"  AĞACƏKMƏ KAMPANİYASINA 23 NOYABRDA BAŞLANILDI

    DAŞKƏSƏNDƏ YENİ AZƏRBAYCAN PARTİYASININ (YAP) YARADILMASININ  25 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ "HƏRƏYƏ BİR AĞAC ƏKƏK"  AĞACƏKMƏ KAMPANİYASINA 23 NOYABRDA BAŞLANILDI

    DAŞKƏSƏNDƏ YENİ AZƏRBAYCAN PARTİYASININ (YAP) YARADILMASININ  25 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ "HƏRƏYƏ BİR AĞAC ƏKƏK"  AĞACƏKMƏ KAMPANİYASINA 23 NOYABRDA BAŞLANILDI

    DAŞKƏSƏNDƏ YENİ AZƏRBAYCAN PARTİYASININ (YAP) YARADILMASININ  25 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ "HƏRƏYƏ BİR AĞAC ƏKƏK"  AĞACƏKMƏ KAMPANİYASINA 23 NOYABRDA BAŞLANILDI

    DAŞKƏSƏNDƏ YENİ AZƏRBAYCAN PARTİYASININ (YAP) YARADILMASININ  25 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ "HƏRƏYƏ BİR AĞAC ƏKƏK"  AĞACƏKMƏ KAMPANİYASINA 23 NOYABRDA BAŞLANILDI

    ____________________

    YERLİXEBER.COM


    WhatsApp


    {r-rp} {r-rm}




    Şərhlər (Facebook)